İdman

Qurban Qurbanov Luçano Spallettidən öndə - SİYAHI

28 İyun 2024 10:49
Baxış: 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan klubları üçün avrokubok mövsümünün startına 13 gün qalıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, I təsnifat mərhələsindən mübarizəyə başlayacaq yeganə təmsilçimiz "Zirə" Avropa Liqasında ilk matçına iyulun 11-də çıxacaq.

Əvvəl UEFA kuboku adlanan turnirin startı ərəfəsində baş məşqçi kimi ən çox oyuna çıxanların siyahısı açıqlanıb. Cədvəldə təsnifat mərhələləri nəzərə alınmayıb. İndiyədək yalnız 24 mütəxəssis ən azı 50 qarşılaşmada iştirak edib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da cədvəldə yer alıb. O, Ağdam klubunu 52 görüşə çıxarıb. 52 yaşlı mütəxəssis Avropa Liqasında 21-ci göstəriciyə malikdir. Onun qabaqladığı baş məşqçilər arasında hazırda İtaliya millisinə rəhbərlik edən Luçano Spalletti də var.

1. Unai Emeri - 102
2. Covanni Trapattoni - 98
3. Yupp Haynkes - 87
4. Jorje Jezus - 80
5. Hub Stivens - 78
6. Mirça Luçesku - 73
7. Dik Advokat - 72
8. Cim Maklin - 68
9-10. Xuande Ramos - 66
Gi Ru - 66
11. Bobbi Robson - 64
12. Ernesto Valverde - 63
13. Miron Markeviç - 61
14. Joze Mourinyo - 60
15. Hans Meyer - 59
16. Rafael Benites - 58
17. Stole Solbakken - 57
18. Ernst Happel - 56
19. Roy Hocson - 55
20. Otto Rehagel - 54
21. Qurban Qurbanov - 52
22-23. Tomas Şaaf - 51
Stiv Maklaren - 51
24. Luçano Spalletti - 50

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.