İdman

Azərbaycan millisi İspaniya ilə eyni qrupda

27 İyun 2024 11:12
Baxış: 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Friburq mərhələsinin püşkü atılıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan millisi C qrupunda mübarizə aparacaq.

Yığmamızın rəqibləri İspaniya və İrlandiya olacaq. Komandamız hər iki yığma ilə iyulun 4-də qarşılaşacaq. İrlandiya ilə matç Bakı vaxtı ilə 17:50-də, İspaniya ilə görüş 19:40-da başlayacaq.

Qeyd edək ki, iyulun 5-də başa çatacaq İsveçrədəki turnirdə 12 komanda qüvvəsini sınayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.