İdman

“Neftçi”də yeni təyinat - “Beşiktaş”dan

25 İyun 2024 10:49
Baxış: 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"də yeni təyinat gerçəkləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisinin baş icraçı direktoru postu türkiyəli funksioner Cenk Sümerə tapşırılıb. İstanbul nəhənglərindən biri "Beşiktaş"ın idarəetmə sistemində çalışmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutub.

Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Sümer "Neftçi"də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır. Türkiyəli mütəxəssis Doğu Akdeniz Universitetində Biznesin idarəedilməsi fakültəsində dosent, Marmara Universitetində İnsan resurslarının idarəedilməsi və inkişafı üzrə magistr təhsili alıb.

Qeyd edək ki, Sümerə qədər bu vəzifəni Fərrux Mahmudov tuturdu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.