İdman

Messi 71 illik rekordu qırdı

21 İyun 2024 11:42
Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lionel Messi yeni rekorda imza atıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 37 yaşlı hücumçu Amerika kubokunun tarixinə düşüb.

O, Argentina yığmasının Kanada ilə görüşündə meydana çıxıb. Bu, Messinin turnirdə 35-ci matçı olub.

Lionel Amerika kuboku tarixində ən çox oyun keçirən futbolçu adına sahib çıxıb. O, əfsanəvi çilili qapıçı Serxio Livinqstona məxsus rekordu 71 ildən sonra qırıb.

Messi həm də qatıldığı 7 Amerika kubokunun hamısında assist etməklə tarixə düşüb. O, bunu bacaran yeganə oyunçudur. Lionel ümumilikdə 18 məhsuldar ötürmə ilə də rekordçudur.

Qeyd edək ki, Argentina Kanadaya 2:0 hesabı ilə qalib gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.