İdman

Əli İsmayılov: “57 yaşlı Tayson bunu bacarırsa, mən bunu niyə etməyim?” - MÜSAHİBƏ

16 İyun 2024 12:15
Baxış: 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Azərbaycan boksçusu Əli İsmayılovun İdman.Biz-ə müsahibəsi

- Moskvada keçirilən boks gecəsində MDB ölkələrinin çempionu tituluna yiyələndiz. Rasul Maqomedova qalib gəldiyiniz döyüşü necə dəyərləndirərdiz?

- Təbii ki, çox yüksək səviyyədə qiymətləndirirəm. Uzun fasilədən sonra 50 yaşında rinqə qayıdıb belə bir nəticə əldə etdiyim üçün qürur hissi keçirdirəm. Əminliklə deyə bilərəm ki, ölkəmizə ilk MDB kəmərini mən gətirmişəm. Bunu bacaran məhz Əli İsmayılov oldu.

- Bəs uzun müddətdən sonra rinqə qayıtmağa necə qərar verdiz?

- Pandemiya dövründə yarışlar olmurdu və məşqlərdə iştirak edə bilmirdik. Həmin dönəmdə də internet vasitəsi ilə Mayk Taysonun məşq proseslərinə, pandemiyadan sonra onun Mayamidə iştirak etdiyi döyüşünə baxırdım. Sanki əfsanənin həmin çıxışı məni "xəstələndirdi". Düşündüm ki, 57 yaşlı Tayson bunu bacarırsa, mən 50 yaşımda bunu niyə etməyim? Elə belə də oldu. Bir il güclü şəkildə hazırlaşıb, özümü formaya salandan sonra artıq yarışlara qatıldım.

- Hazırlıq necə keçdi?

- Bu döyüşə çox ciddi şəkildə hazırlaşmışdım. Çünki ciddi rəqib idi. Burada uduzmaq bizə heç yaraşmazdı. Əsas məşqlərimizi "Səbail" İdman Klubunda keçdik. Zaur Qeybullayevin rəhbərliyi ilə birgə məşqlər etdik. Bütün günü yeni bulvarda kros qaçıb, nəfəsimi gücləndirirdim. Artıq yaxşı formaya özümü salmışam.

- Artıq növbəti döyüş barədə də fikirləşirsiz?

- Bundan sonrakı planlarımız böyükdür. Qazandığım bu kəməri müdafiə etməliyəm. Daha sonra Avropa və dünya kəmərini qazanmaq üçün əlimdən gələni edəcəm. Avropa kəmərini Azərbaycana gətirməyə hədəfləmişəm. Bu planlar varsa, peşəkar boksa davam edəcəm. Özümdə güc hiss edənə kimi bu yoldan dönməyəcəm.

- 50 yaşında kəmər qazanmaq necə hissdir?

- Bu mənim üçün inanılmaz idi. Yuxuda belə görməzdim ki, 50 yaşında çempion olaram. Amma peşəkar boksa qayıdanda özümə məqsəd qoymuşdum ki, dünyaca məşhur və bu sahədə sözünü demiş şəxslər kimi 50 yaşımda dünya çempionu olacam.

- Növbəti rəqibləriniz nə vaxt dəqiqləşəcək?

- Hələlik dəqiq nəsə yoxdur. Rəqibləri yarışa 2-3 ay qalmış bilirik və müqavilə imzalayırıq. Rəqiblərdən asılı olmayaraq, hamısına qalib gəlməyə çalışacam.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.