İdman

AVRO-2024-ün favoritləri açıqlandı

12 İyun 2024 09:52
Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi "CIES Football Observatory" 2024-cü il Avropa çempionatında qələbəyə dörd əsas iddiaçının adını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, favoritləri müəyyən etmək üçün milli komandaların tərkibinə əsasən bir sıra mürəkkəb düsturlar, indekslər və hesablamalardan istifadə edilib.

Beləliklə, CIES-in məlumatına görə, AVRO-2024-ün favoritləri Fransa, İngiltərə, Almaniya və İspaniya komandalarıdır.

Xatırladaq ki, 2024-cü ildə Avropa çempionatı Almaniyada baş tutacaq. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Qruplarda birinci və ikinci yerləri tutan komandalar, həmçinin dörd ən yaxşı üçüncü yeri tutan komandalar 1/8 finala yüksələcəklər. Turnirin pley-off oyunları olimpiya sistemi üzrə uduzan komandaların turnirdən kənarlaşdırılması prinsipi ilə keçiriləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.