İdman

Andrey Lunyov azarkeşlərə təşəkkür etdi

4 İyun 2024 22:03
Baxış: 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əziz azarkeşlər, bu mövsüm bizə bəxş etdiyiniz sevinc dolu anlara görə hamınıza təşəkkür edirəm.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ" komandası ilə yollarını ayıran Andrey Lunyov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Rusiyalı qolkiper uğur və uğursuzluq dövründə həmişə komandanın yanında olan azarkeşlərə təşəkkür edib:

"Səfər etdiyimiz bütün ölkələrdə bizə dəstək oldunuz, bu da bizə əlavə güc, enerji verirdi. Bütün qəlbimlə sizə təşəkkür edirəm. Gələcəkdə də "Qarabağ"ı belə dəstəkləməyinizi arzulayıram. Futbolçuların buna ehtiyacı var. Uğurlar diləyirəm".

Qeyd edək ki, 2023-cü ilin yayından "köhlən atlar"da çıxış edən A.Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Qapıçı "Qarabağ"la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory