İdman

"Valensiya"nın gürcü qapıçısı İngiltərə Premyer Liqa klubuna keçə bilər

4 İyun 2024 08:00
Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nyukasl" qapıçı Giorgi Mamardaşvilini almaq üçün İspaniyanın "Valensiya" klubuna təklif göndərib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində (keçmiş "Twitter") jurnalist Pedro Morata məlumat verib.

Məlumata görə, "Nyukasl" gürcü qapıçının agenti ilə əlaqə saxlayıb və Mamardaşvili üçün 41 milyon avro ödəməyə hazır olduqlarını açıqlayıb.

Xatırladaq ki, 23 yaşlı Giorgi "Valensiya"ya "Dinamo"dan (Tbilisi) keçib. Transfer məbləği 850 min avro olub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

Qeyd edək ki, qapıçı Almaniyada keçiriləcək Avro-2024 üçün Gürcüstan millisinin genişləndirilmiş heyətinə daxil edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.