İdman

"Neftçi”yə keçidini təsdiqlədi

25 May 2024 17:50
Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Monteneqro millisinin futbolçusu Edvin Kutsun "Neftçi"nin ilk yay trasferi olacağı təsdiqlənib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yarımmüdafiəçi vətənində verdiyi açıqlamada karyerasını Azərbaycanda davam etdirəcəyini bildirib.

Bir neçə gün öncə Monteneqro mətbuatında əksini tapan xəbəri təsdiqləyən Edvin Kosovonun "Balkani" klubundan ayrılıb Bakıya gəlmək qərarının səbəblərinə də toxunub. O bildirib ki, dəyişiklik vaxtının gəldiyini düşünür: "Karyeramı Azərbaycanın "Neftçi" klubunda davam etdirəcəm. Onlar yanvardan bəri mənimlə maraqlanırlar. Belə qərara gəlmişdik ki, yaya qədər burda qalım. Klubda futbolçu çatışmazlığı var idi. Artıq "Balkani" ilə müqaviləm bitir. Azad agent kimi Bakı klubuna keçəcəm".

Qeyd edək ki, Kuts Monteneqro millisində 5 oyunda 3 qol vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.