İdman

“Finala çıxmamaq üçün mənə böyük pullar təklif edildi”

1 May 2024 21:30
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanlı boksçu Laşa Quruli verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, idmançı Avropa çempionatının finalında rusiyalı Tərxan İdiqovla döyüşə çıxmamaq üçün ona böyük pullar təklif edildiyini bildirib.

"Döyüşdən bir gün əvvəl bizə böyük pullar təklif edildi. Onlar mənim rinqə çıxmağımı istəmirdilər. Mənim etirazımı eşitdikdən sonra nəyin bahasına olursa-olsun qələbə qazanacaqlarını bildirdilər.

Görüşdə strategiyam məsafədən döyüşmək idi. İlk raundu rusiyalı açıq-aşkar uduzmuşdu. Hakimlərin xalı mənə verəcəklərindən başqa yolu yox idi. Bu səbəbdən də 4:1 onun öndə olduğunu görəndə şoka düşdüm".

Xatırladaq ki, Qurulu hakimlərin ədalətsizliyinə görə döyüşü yarımçıq dayandırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.