İdman

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

19 Aprel 2024 20:14
Baxış: 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə federasiyanın yeni talismanları - zərif ceyran və cəsur tülkü ictimaiyyətə təqdim edilib.

Sonra iştirakçı ölkələrin dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, paytaxtımızın gimnastika növləri üzrə daha bir nüfuzlu yarışı qəbul etməsini ölkəmizdə idmana göstərilən diqqət və qayğının nümunəsi kimi dəyərləndirib. Bakının dünya gimnastikasının əsas mərkəzlərindən biri olduğunu deyən nazir, Azərbaycanın idman uğurlarının artdığını və gimnastikanın ildən-ilə daha da inkişaf etdiyini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışda 41 ölkəni təmsil edən 116 idmançı iştirak edir. Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy" Kuboku təqdim olunacaq. Yarışa aprelin 21-də yekun vurulacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.