İdman

AVRO-2024: VAR-ın müdaxiləsi azaldılacaq

12 Aprel 2024 17:50
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AVRO-2024-də iştirak edəcək milli komandaların baş məşqçiləri və milli assosiasiyaların nümayəndələri üçün seminar keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Almaniyanın Düssüldorf şəhərində təşkil olunan tədbirdə UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rozetti və müavini Byorn Kuypers də iştirak ediblər.

Komitə rəhbərləri AVRO-2024-də VAR-ın müdaxiləsinin maksimum azalacağını vurğulayıblar. VAR aşkar səhvlər zamanı müdaxilə edəcək.

AVRO-2024 zamanı VAR hakimləri Leypsiqdə, AVAR hakimləri Frankfurtda məskkunlaşacaq. Ədalət təmsilçilərinin siyahısı aprelin sonu və ya mayın əvvəlində açıqlanacaq.

Qeyd edək ki, mayın ortalarında AVRO-2024-ün iştirakçısı olan bütün hakimlərin toplanışı keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.