İFFHS-in dünya reytinqində ən çox irəliləyən klublar bəlli olub.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan çempionu "Qarabağ" 13 pilləlik sıçrayışa nail olub.
Qurban Qurbanovun yetirmələri "Top-100"də ən çox irəliləyən Avropa komandaları sırasındadır. Ağdam klubu bu göstəricidə 13-cüdür.
"Köhnə qitə"də yalnız 12 komanda daha yüksək irəliləyiş əldə edib. Dortmund "Borussiya"sı və Plzen "Viktoriya"sı hərəyə 23 pillə yüksəlib.
"Liverpul"la "Vilyarreal"da bu göstərici 20-yə bərabərdir. 5-ci yerdə 19 addım irəliləyən "Aston Villa" qərarlaşıb.
Qeyd edək ki, hesabında 176,75 xal olan "Qarabağ" 61-ci yerdən 48-ci pilləyə qədər irəliləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun