İdman

"Fənərbağça" bu cəzanı alacaq, "Qalatasaray" üçün yeni şans

11 Aprel 2024 10:04
Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Super Kubokda meydanı tərk edən "Fənərbağça"nı gözləyən cəza bəlli olub.

Milli.Az offsideplus.az-a istinadən bildirir ki, "sarı-lacivərtlər" "Qalatasaray"a qarşı oyunda ilk dəqiqələrdə meydanı tərk etdiyi üçün 1 il müddətinə Türkiyə Super Kuboku və Türkiyə Kubokunda mübarizə apara bilməyəcək. Bu halda "Qalatasaray" klubu 2024-25 mövsümü üzrə Super Kubokda oynamağı təmin edib. 

Belə ki, mövsümü ilk 2 yerdən birində başa vuracaq "sarı-qırmızılılar" çempion olmasa belə, ikinci olaraq gələn mövsüm Super Kubok finalında oynayacaq. 

Bu turnirdə liqada çempion olan və Kuboku qazanan komanda oynayır. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.