İdman

“Sən isə qorxaq və toyuqsan” - Enzo ilə Mount arasında gərginlik - VİDEO

6 Aprel 2024 12:56
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının 31-ci turunda keçirilən "Çelsi" - "Mançester Yunayted" (4-3) matçından sonra futbolçular arasında gərginlik yaşanıb. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Enzo Fernandes "Mançester Yunayted"in futbolçusu Meyson Mauntla mübahisə edib. 

Belə ki, matç bitdiyi zaman Enzo Mounta qışqıraraq ona xoşagəlməz sözlər deyib: "Bu, "Çelsi"dir, sən isə qorxaq və toyuqsan".

Qeyd edək ki, Meyson Mount "Mançester Yunayted"dən əvvəl "Çelsi"də oynayıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.