İdman

Həbsdən çıxan Dani Alveş arvadı ilə - FOTO

2 Aprel 2024 16:46
Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona", "Yuventus" və PSJ-nin keçmiş futbolçusu Dani Alveş həbsdən çıxandan sonra həyat yoldaşı Joana Sanzla yenidən bir araya gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, zorlama ittihamı ilə 4 il yarım həbs cəzası alan braziliyalı bu yaxınlarda 1 milyon avro girov müqabilində sərbəst buraxılmışdı. 14 aylıq dəmir barmaqlıqlar arxasında qaldığı müddətdə Barselonadakı evində yaşayan həyat yoldaşı o vaxtdan onların gələcəyi və mümkün boşanmalarla bağlı bütün fərziyyələri rədd etmişdi.

Alveş azadlığa çıxdıqdan sonra Joana ilə bir araya gəlib. Joana Sanz bu barədə öz İnstaqram hesabında paylaşım edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.