Böyük Britaniyadan olan 1 600 futbol azarkeşi xarici pasportunu dövlət qurumlarına təhvil verməli olacaq.
Milli.Az oxu.az-a istinadən bildirir ki, onlar müxtəlif iğtişaşların iştirakçıları olduqlarına görə 2024-cü ilin yay ayında Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı dövründə öz ölkələrindən xaricə səfər edə bilməyəcəklər.
Bildirilir ki, həmin azarkeşlər Böyük Britaniyanı yalnız istisna hallarda, xüsusi icazə ilə tərk edə biləcəklər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun