İdman

Qurban Qurbanov “qırmızı vərəqə” epizodundan DANIŞDI

15 Mart 2024 16:06
Baxış: 2 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında "Bayer"ə (2:3) məğlubiyyətdən sonra hava limanında jurnalistlərin sualına cavab olaraq deyib.

"Epizodlara baxdım. İngilis hakimə yaraşmayan "qırmızı" oldu. Bəlkə də bunu İngiltərə Premyer Liqasında cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz sahibi o idi. Qərar belə verildi. Oyundan sonra heç kimə etiraz bildirmək düzgün olmazdı. Hər kəs fərqli emosiyada idi. Futbolçularım diqqətli olmalıdırlar".

Qeyd edək ki, "Bayer 04" - "Qarabağ" qarşılaşmasının 62-ci dəqiqəsində ağdamlıların heyətində Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə qalıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.