İdman

“Bayer 04”dən “Qarabağ”la bağlı qürurverici PAYLAŞIM - FOTO

15 Mart 2024 08:25
Baxış: 2 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Bayer 04" futbol klubu "Qarabağ"la oyundan sonra Ağdam təmsilçisi barədə paylaşım edib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, paylaşımda "Qarabağ"ın çətin rəqib olması öz əksini tapıb:

"Komandanıza böyük hörmət bəsləyirik! Bizə 4 əla oyun yaşatdınız, amma xahiş edirik, bunu bir daha etməyin!".

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununda "Bayer 04"ə yenilib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.