İdman

Avropa nəhəngi Qurbanov üçün rəsmən “Qarabağ”ın qapısını döydü

11 Mart 2024 22:51
Baxış: 3 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Latsio" üç ildir klubu çalışdıran baş məşqçi Maurisio Sarri ilə yolları ayıraraq "Qarabağ"ın əsas çalışdırıcısı Qurban Qurbanovla anlaşmaq istəyir.

Milli.Az supersport.az-a istinadən xəbər verir ki, İtaliya klubu Azərbaycan komandasına məşhur mütəxəssis üçün 5 milyon avro təklif edə bilər.

"Qartallar"ın bu transfer üçün "köhlən atlar"la danışıqlar apardığı bildirilir. Azərbaycanın şöhrətli məşqçisi Qurban Qurbanovun "Qarabağ"la müqaviləsi gələn ilin yayında bitəcək.

Qeyd edək ki, İtaliya çempionatının lideri "İnter"dən (28 oyun, 75 xal) 35 xal geri qalan "Latsio" hazırda 20 komanda sırasında 27 matçdan 40 xalla 9-cu pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.