İdman

Ançelotti türkiyəli futbolçudan danışdı: "Vurduğu qol..."

11 Mart 2024 19:46
Baxış: 5 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın türkiyəli futbolçusu Arda Güləri tərifləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Ançelotti Gülərin ilk qolu barədə danışarkən futbolçu haqqında xoş fikirlər səsləndirib: "Arda Gülər potensial vəd edən oyunçudur. O, böyük istedada malikdir. Vurduğu qol da maraqlı alındı. Çünki Arda bir o qədər işlək olmayan ayağı ilə fərqləndi. Onun "Real"da böyük gələcəyi olacaq. Hazırda türkiyəli futbolçudan razıyıq və ona güvənirik".

Qeyd edək ki, İspaniya çempionatının 28-ci turunda keçirilən "Real" - "Selta" (4:0) matçında Arda Gülər "Kral klubu"nun dördüncü qoluna imza atıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.