İdman

FİA prezidenti Ərdoğanla görüşdü: Bu yarışı qaytarmaq üçün

5 Mart 2024 08:05
Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd bin Sulayem Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu ölkədə keçirilən Qran Prisinin qaytarılması imkanını müzakirə edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Motorsport.com" məlumat yayıb.

Mənbənin sözlərinə görə, görüşdə FİA Ümumdünya Motor İdmanı Şurasının üzvü Serkan Yazıçı və Türkiyə Avtomobil İdmanları Federasiyasının prezidenti Eren Uklertoprağı da iştirak edib.

"Prezident Ərdoğanla görüşməkdən çox məmnun oldum. Danışıqlarımız bir sıra mövzulara həsr olunub. Formula 1 və WRC-nin Türkiyəyə qaytarılması imkanlarını müzakirə etdik. İstanbul Parkı yarışçılar arasında populyar olan müasir trekdir. Prezident Ərdoğan həmçinin dünya səviyyəli avtomobil idmanının ölkəyə verdiyi iqtisadi və mədəni təsirin əhəmiyyətini dərk edir", - deyə bin Sulayem bildirib.

Türkiyə Qran Prisi 2005-2011 və 2020-2021-ci illərdə İstanbul Park trasında keçirilib. Ölkə 2003-2006, 2008-2010 və 2018-2020-ci illərdə WRC-nin on raunduna ev sahibliyi edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.