İdman

Arda Turanla “Bodrumspor” azarkeşləri arasında qalmaqal

3 Mart 2024 13:08
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli baş məşqçi Arda Turanla rəqib komandanın azarkeşləri arasında qalmaqal yaşanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, hadisə Türkiyə 1-ci Liqasının "Bodrumspor" - "Eyüpspor" matçında baş verib.

Birinci hissənin son dəqiqələrində meydan sahiblərinin baş məşqçisi İsmet Daşdemirin qırmızı vərəqə alması vəziyyəti gərginləşdirib. "Bodrumspor"un azarkeşləri ilə qonaq komandanın ehtiyat oyunçular skamyası arasında söz davası yaşanıb. Meydana atılan kənar əşyalar "Eyüpspor"un baş məşqçisi Ardan Turan və məşqçisi Uğur Demiroka tuş gəlib. Ciddi xəsarət alan Demirok təcili tibb yardımla xəstaxanaya çatdırılıb. Oyun bir neçə dəqiqə dayandırlıb.

Qeyd edək ki, qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.