İdman

Döyülən hakim derbi matçına təyinat aldı

1 Mart 2024 14:57
Baxış: 815
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Superliqasının 28-ci turu çərçivəsində martın 3-ü keçiriləcək "Beşiktaş" "Qalatasaray" derbisini baş hakim Halil Umut Meler idarə edəcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ötən il dekabrın 11-də keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" (1:1) matçında döyülərək xəstəxanaya yerləşdirilən referi 3 ay sonra yaşıl meydanlara qayıdacaq.

O, İstanbul derbisində fit sahibi olacaq.

Qeyd edək ki, Halil Umut Melerin ötən il baş tutan "Ankaragücü" - "Çaykur Rizespor" (1:1) matçında verdiyi qərarlardan narazı qalan meydan sahiblərinin prezidenti Faruk Koca referini yumruqla vurmuşdu. Hakim aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilmişdi. Faruk Koca isə "Ankaragücü"nün prezidenti postundan istefa vermişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.