İdman

Dani Alveşə 4 il 6 ay HƏBS CƏZASI

22 Fevral 2024 14:01
Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliya millisinin və "Barselona"nın sabiq futbolçusu Dani Alvesin cəzası bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Barselona məhkəməsi seksual zorakılıqda təqsirli bilinən müdafiəçini 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Prokurorluq maksimum 12 il cəzalana biləcək Alves üçün 9 illik azadlıqdan məhrumetmə istəyib. Məhkəmə bunun yarısı ilə kifayətlənib. Futbolçunun vəkilləri Kataloniya Ali Məhkəməsinə, ardınca İspaniya Ali Məhkəməsinə apelyasiya vermək hüququna malikdir.

Alves 2022-ci il dekabrın 31-də Barselonanın gecə klublarından birində qızı zorladığı üçün cəzalandırılıb. O, 2023-cü il yanvarın 20-də saxlanılıb. Dani 23 yaşlı zərərçəkənə 150 min avro mənəvi kompensasiya haqqı ödəyəcək.

Qeyd edək ki, müdafiəçi "Barselona"da oynadığı illərdə 6 dəfə İspaniya çempionu, Çempionlar Liqası, ölkə kuboku və Superkubokunun qalibi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.