İdman

"Böyük dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

17 Fevral 2024 19:49
Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük dəbilqə" turnirində qızıl medal qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev finalda komanda yoldaşı Ömər Rəcəblini məğlub edərək, fəxri kürsünün birinci pilləsinə qalxıb.

Bundan öncə Hidayət Heydərov (73 kiloqram) da qızıl medalın sahibi olub.

Qeyd edək ki, turnirin ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.

Fevralın 18-dək davam edəcək turnirdə Azərbaycan 32 cüdoçu ilə təmsil olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.