İdman

Elnur Məmmədov: “Bakıya titullu idmançılar gəliblər”

15 Fevral 2024 17:07
Baxış: 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan zəngin cüdo ənənələrinə malikdir. Bakıdakı "Böyük dəbilqə" turniri isə on ildən çoxdur keçirilir".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov yarışın püşkatması zamanı deyib.

O, "Böyük dəbilqə"nin Olimpiya Oyunlarına seçim baxımından nə qədər vacib əhəmiyyət daşıdığını vurğulayıb: "İştirakçılar Parisə lisenziya qazanmaq üçün reytinq xalları uğrunda mübarizə aparmalıdırlar. Bakıya titullu idmançıların çoxu gəlib. Ümid edirəm ki, Azərbaycan cüdoçuları da azarkeşlərini öz çıxışları ilə sevindirəcəklər. Hər birinə uğurlar arzulayıram".

Məmmədov Azərbaycanda həmişə dünyada tanınan cüdoçular olduğunu qeyd edib. O bildirib ki, gənc nəsil bu şanlı ənənələri davam etdirəcək.

Qeyd edək ki, "Böyük dəbilqə" fevralın 16-18-də Milli Gimnastika Arenasında keçiriləcək.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.