İdman

Mbappe “Real Madrid”dən istədiyini açıqladı

7 Fevral 2024 19:08
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe bir sıra şərtlərə uyğun olaraq onunla maraqlanan klublarla danışıqlara hazırdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, fransalı forvard illik 50 milyon avro maaş və 120 milyon avro imza bonusu almaq istəyir. Mbappenin hazırkı mərhələdə hələ heç kimlə razılığa gəlmədiyi qeyd olunub.

Xatırladaq ki, əvvəllər Kilianın "Real Madrid"ə keçməyə yaxın olduğu barədə məlumat yayılıb. Bildirilib ki, fransalı idmançı Madriddə harada yaşayacağına da artıq qərar verib.

Qeyd edək ki, bu mövsüm 24 yaşlı hücumçu PSJ-nin heyətində bütün turnirlərdə 28 oyun keçirib, 29 qol vurub və yeddi məhsuldar ötürmə edib. Nüfuzlu "Transfermarkt" onlayn portalı Mbappenin bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.