İdman

Ançelottinin Arda ilə bağlı planı üzə çıxdı

30 Yanvar 2024 17:27
Baxış: 1 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin Arda Gülerə meydanda niyə çox şans verməməsinin səbəbi məlum olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Ançelotti Ardanın fiziki cəhətdən daha da güclü olmasını istəyir. "Marca" qəzetinin məlumatına görə, Ançelottinin Ardanın istedadlı futbolçu olduğunu hesab edir və ona tam güvənir. Lakin Ardanın meydanda daha çox şans əldə etməsi üçün Arda fiziki cəhətdən təkmilləşməlidir.

Qeyd edək ki, Arda Güler ilk dəfə kubok matçında "Arandina"ya qarşı oynadıqdan sonra Ançelotti "Meydanda olanda yaxşı səviyyədə oynadı, amma fiziki olaraq hələ istədiyimiz səviyyədə deyil" deyə bildirmişdi. Arda kubok oyunundan sonra daha iki oyunda matça sonradan daxil olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.