İdman

Türkiyəli məşqçi: “Sabah”a qarşı oynamaq çətin olacaq”

23 Yanvar 2024 23:58
Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah"a qarşı oynamaq çətin olacaq".

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu "Xırdalan"ın baş məşqçisi Uğur Özdəmir "Sabah"a qarşı keçiriləcək Azərbaycan Basketbol Liqasının XII tur oyunu ilə bağlı danışarkən deyib.

Komandasının hazırkı durumunu dəyərləndirən 32 yaşlı türkiyəli mütəxəssis "Sabah"la görüşün sərt alınacağını düşünür: "Sumqayıt"la matça qədər gərgin hazırlıq dönəmindən keçdiyimiz üçün axırıncı qələbədən sonra komandama iki gün istirahət vermişdim. Qısa zaman olmasına baxmayaraq, bunu yetərli saya bilərik. "Sabah" avrokuboklarda oynadığı üçün hücumda və müdafiədə çox sərt komandadır. İlk görüşümüz də sərt şəkildə keçmişdi. Bunu nəzərə alıb komandanı ona uyğun hazırlamışam. Hazırda heyətlə bağlı heç bir problem yoxdur və "Sabah"la qarşılaşmada qələbəni hədəfləmişik".

Qeyd edək ki, yanvarın 24-də keçiriləcək "Sabah" - "Xırdalan" oyunu saat 19:30-da başlayacaq. Hazırda "Sabah" 21 xalla turnir cədvəlinə başçılıq edir, "Xırdalan" isə 17 xalla beşinci pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.