İdman

Millinin sabiq oyunçusu iki dəfə çox pul istədi, transferindən imtina etdilər

17 Yanvar 2024 21:10
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Araz-Naxçıvan" Rəhim Sadıxovun transferindən imtina edib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, millinin keçmiş yarımmüdafəçisinin tələbləri avrokuboklara vəsiqə uğrunda mübarizə aparan klub tərəfindən qəbul görməyib.

Belə ki, Moskva "Torpedo"sunun yetirməsi Muxtar Respublika təmsilçisindən aylıq 15 min dollar maaş istəyib. Region komandası isə ona cəmi 7000 dollar əməkhaqqı ödəməyə hazır olub.

Sadıxov "Zirə"yə məxsusdur və hazırkı klubuyla müqaviləsi iyunadək qüvvədədir.

"Qartallar" onunla bağlı gələn istənilən təklifə açıqdır. Bunun üçün sadəcə, 50 min dollar təzminat ödəmək lazımdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.