İdman

“Fənərbağça”nın baş məşqçisi tarixə düşdü

15 Yanvar 2024 18:59
Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Fənərbağça" komandasının baş məşqçisi İsmayıl Kartal klubun tarixinə düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 62 yaşlı mütəxəssis İstanbul nəhənginin sükanı arxasında Superliqa tarixində ən yüksək qələbə faizi əldə edən, eləcə də orta hesabla ən çox xal (2,65) toplayan ilk türk məşqçi olub.

Bu mövsüm İ.Kartalın rəhbərliyi altında Türkiyə çempionatında 20 matçda 17 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə yadda qalan "Fənərbağça" 57 dəfə rəqib qapılarına yol tapıb. "Sarı-lacivərdlilər" bu matçlarda ümumilikdə 16 top buraxıb.

UEFA Konfrans Liqasının təsnifat və qrup mərhələsində keçirdiyi 12 matçın 10-da qalib gəlib yalnız ikisində uduzan komanda lider kimi 1/8 finala yüksəlib.

Qeyd edək ki, "Fənərbağça" ötən ilin yayında İsmayıl Kartalla bu mövsümün sonunadək müqavilə imzalayıb. Komanda hazırda 50 xalla Superliqada turnir cədvəlinə başçılıq edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.