İdman

Türkiyə klubunun israilli futbolçusu həbs edildi

15 Yanvar 2024 11:49
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Antalyaspor" klubunun israilli futbolçusu Sagiv Yehezkel həbs edilib. "Qafqazinfo" xəbər verir ki, buna səbəb onun "Trabzonspor"la matçda vurduğu qolu İsraillə Fələstin arasındakı döyüşlərin başlamasının 100 günü tamam olmasına həsr etməsidir. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, futbolçu qolu vurduqdan sonra əlindəki "100 gün" yazısı və "Davud ulduzu"nu kameralara göstərib. 

Matçdan sonra Antalya Baş Prokurorluğu futbolçu haqqında həbs qərarı çıxarıb. Yehezkel "insanları kin və düşmənçiliyə təhrik etmək" maddəsi ilə günahlandırılır. 
Futbolçunun bu gün məhkəməyə göndəriləcəyi bildirilib. 

"Antalyaspor" prezidenti Sinan Boztepe açıqlama verərək israilli oyunçunun müqaviləsinin ləğv ediləcəyini deyib: "Milli dəyərlərimiz hər şeydən üstündür". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.