İdman

“Xanımıma toxunurdu, yumruqla başa saldım” - Bakıda məşhur gecə klubunda futbolçu dava edib?

13 Yanvar 2024 19:30
Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin keçmiş hücumçusu Baqali Dabo həm də gecə klublarının həvəskarı kimi tanınırdı. Əyləncə məkanlarına tez-tez baş çəkən fransız hücumçu vaxtını səmərəli keçirmək üçün bu üsuldan yararlanırdı.

Milli.Az bildirir ki, Dabo sportinfo.az-a verdiyi açıqlamada illər sonra maraqlı etiraf edib. O, Bakıdakı klubların birində xanımına sataşdığı üçün xarici müştərini yumruqladığını gizlətməyib:
Ətraflı
"Kluba gedəndə də xanımımla gedirdim. Bir dəfə dava etmişəm, o da mən kiməsə sataşdığıma görə yox, başqa bir kişi həyat yoldaşımdan əl çəkmədiyinə görə.
Bir nəfər sarışın müştəri xanımımla danışmaq üçün israr edirdi. Deyəsən rusiyalı idi, amma slavyan olduğuna şübhə etmirəm.
Bir neçə dəfə həyat yoldaşıma yaxınlaşsa da, xanımım ondan uzaqlaşırdı. O isə əl çəkmək fikrində deyildi".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.