İdman

18 yaşlı türk İngiltərənin elita klubunda - RƏSMİ

12 Yanvar 2024 13:53
Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18 yaşlı yarımmüdafiəçi Yunus Emre Konak karyerasını İngiltərədə davam etdirəcək.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, məlumatı türk futbolçunu heyətinə qatan "Brentford"un rəsmi saytı yayıb.

Bu transfer üçün "Sivasspor"a 4,5 milyon avro ödənildiyi, gənc oyunçunun müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə imza atdığı vurğulanıb.

Cari mövsüm "Sivasspor" forması ilə 17 matça çıxan Konak 1 məhsuldar ötürmə ilə yadda qalıb.

19 tura 19 xal toplayan "Brentford" İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı pillədə mövqe tutub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.