İdman

"Qalatasaray" heç-heçə ilə xal itirdi

11 Yanvar 2024 22:47
Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış növbəti oyun keçirilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, "Sivasspor" doğma meydanda "Qalatasaray"ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda hesabı 45+1-ci dəqiqədə Kərəm Dəmirbay açıb. Meydan sahiblərinin heyətində isə 86-cı dəqiqədə Fode Koita fərqlənib. Qarşılaşmanın 90+7-ci dəqiqəsində Kərəm Aktürkoğlu qırmızı vərəqə alaraq "cim-bom"u azlıqda qoyub.

Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Qalatasaray" ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 50 xalla "Fənərbağça" rəhbərlik edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.