İdman

“Zaqreb Open”: Azərbaycanın iki güləşçisi bürünc medal qazandı

10 Yanvar 2024 23:27
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turnirində kişilərdən ibarət Azərbaycan millisinin iki üzvü bürünc medal qazanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışın ilk günündə 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadə Puerto-Riko təmsilçisi Jozef Silvaya 4:2 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Eyni çəkidə Nürəddin Novruzov israilli Daniel Popovu 7:3 hesabı ilə məğlub edərək bürünc medalın sahibi olub.

Millinin bu gün çıxış edən digər üzvləri Cəbrayıl Qadjiyev (74 kiloqram) və Arseni Djioyev (86 kiloqram) isə etimadı doğrulda bilməyiblər.

Qeyd edək ki, yanvarın 14-dək davam edəcək "Zaqreb Open" turnirində Azərbaycan ümumilikdə 26 güləşçi ilə təmsil olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.