İdman

Arda Güler bu oyunda meydana çıxacaq

4 Yanvar 2024 15:08
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın futbolçusu Arda Güleri La Liqanın 19-cu turunda "Malyorka"ya qarşı matçda (1:0) oynatmamasının səbəbi haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü sözügedən görüşü sona kimi ehtiyat oyunçular skamyasından izləyib.

Ançelotti matçdan sonra keçirilən mətbuat konfransında 18 yaşlı yarımmüdafiəçi ilə bağlı deyib: "Arda Güler ​​tezliklə oynamağa başlayacaq. O, çox gəncdir, cəmi 18 yaşı var. Arda "Real"ın bu günü və gələcəyidir. O, hazırda rahatdır və zədəsini sağaltdığı üçün xoşbəxtdir. Ona güvənirik. Uzun illər burada olacaq, 1-2 matç oynamamasının nə önəmi var? Şənbə günü İspaniya kubokunda keçiriləcək "Arandina"ya qarşı oyunda "Malyorka" ilə görüşdə meydana çıxmayan futbolçulara şans veriləcək".

Xatırladaq ki, ötən ilin yayında Madrid təmsilçisinə transfer olunan Arda zədə səbəbindən hələ də klubunda debüt edə bilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.