İdman

PSJ 12-ci dəfə Fransa Superkubokunun qalibi olub

4 Yanvar 2024 07:26
Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ və "Tuluza" komandalarının qarşılaşdığı Fransa Superkuboku uğrunda görüş başa çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, komandalar Parisdəki "Park des Princes" stadionunda qarşılaşıblar.

Parislilər artıq görüşün üçüncü dəqiqəsində hesabda önə keçiblər - yarımmüdafiəçi Li Kan İn ilk qola imza atıb. Koreyalı Usman Dembelenin ötürməsindən fərqlənib. 44-cü dəqiqədə Kilian Mbappe PSJ-nin heyətində daha bir qola imza atıb. İkinci hissədə komandalar bir-birinin qapısına zərbə vura bilməyib. Qarşılaşma 2:0 hesabı ilə başa çatıb.

Görüşü Xakim Ben Əl-Hacın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Rəqibinə inamla qalib gələn PSJ Luis Enrikenin rəhbərliyi altında kubokunu qazanıb.

PSJ bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 9 matça çatdırıb, komanda sonuncu dəfə noyabrın 7-də Çempionlar Liqasının qrup mərhələsində İtaliyanın Milan komandasına səfər oyununda (1:2) məğlub olub.

PSJ 12-ci dəfə Fransa Superkubokunu qazanıb - bu turnirin rekordudur. Bu göstəricidə ən yaxın təqibçi adı səkkiz titul sahibi olan "Lion"dur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.