İdman

Ronaldu Maradona mükafatını alacaq

5 Yanvar 2024 00:02
Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldu əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Euro-Futbol.Ru" məlumat yayıb.

Hücumçu mükafatı ötən ilinin bombardiri kimi alacaq.

38 yaşlı portuqaliyalı 54 qola imza atıb.

Ondan sonra PSJ-nin hücumçusu Kilian Mbappe və hərəyə 52 qol vuran "Bavariya"nın hücumçusu Harri Keyn gəlir.

Ronaldo mükafatı yanvarın 19-da Dubayda keçiriləcək "Globe Soccer Awards" mərasimində alacaq.

Ronaldu beşqat "Qızıl top"un sahibidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.