İdman

“Qalatasaray”da gözlənilməz ayrılıq

2 Yanvar 2024 21:33
Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş komandadan ayrılmağa hazırlaşır.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu ulduz futbolçunun menceri Cord Qardi Türkiyə mətbuatına açıqlamasında deyib: 

"Ziyeşin "Qalatasaray" macərası yaxşı başladı, amma yaxşı davam etmədi. Klub rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik. Bizə heç bir maneə yaratmayacaqlar" - deyə o qeyd edib.

Qeyd edək ki, "Qalatasaray" Hakim Ziyeşi ötən ilin avqust ayında "Çelsi"dən icarəyə götürüb. Mərakeş millisinin üzvü İstanbul klubunda 14 rəsmi matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.