İdman

Türkiyəli mütəxəssis Almaniya klubunda çalışacaq

29 Dekabr 2023 19:13
Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Antalyaspor" komandasında baş məşqçi postundan ayrılan Nuri Şahin karyerasına Almaniyanın "Borussiya" (Dortmund) klubunda davam edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis almaniyalı Sven Benderlə birlikdə baş məşqçi Edin Terziçin köməkçisi olacaq.

Köməkçi məşqçi Armin Reuterşahn öz istəyi ilə Bundesliqa klubundan ayrılıb.

Qeyd edək ki, Nuri Şahin futbolçu olduğu dönəmdə 2005-2011 və 2014-2018-ci illərdə "Borussiya"nın formasını geyinib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.