İdman

“Barselona”dan növbəti transfer

27 Dekabr 2023 16:21
Baxış: 727
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Maddi cəhətdən çətin günlər keçirən "Barselona" qış transfer pəncərəsində heyətini gücləndirmək üçün hərəkətə keçib.

Milli.Az fanat.az- a istinadən xəbər verir ki, "Barselona" 2018-ci ildə 30 milyon avroya "Everton"a satdığı Yerri Minanı yenidən heyətinə qatmaq üçün çalışmalarını davam etdirir.

Məlumata görə, mövsümün əvvəlində "Everton"dan "Fiorentina"ya keçən 29 yaşlı müdafiəçinin müqaviləsi bu mövsümün sonunda başa çatır.

Qeyd edək ki, Yerri cari mövsüm "Fiorentina"nın heyətində 6 rəsmi matçda yalnız 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.