Ştegenin zədələnməsindən sonra "Barselona"da əsas qapıçı olan İnaki Pena klubun rəsmi saytına müsahibə verib.
Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, ispan qolkiper 2021-22 mövsümünün ikincini yarısında formasını geyindiyi "Qalatasaray" klubu barədə danışıb.
"Ehtiyat heyət ilə A komanda arasında keçən 4-5 mövsümdən sonra bir dəyişiliklik olmalı idi. Gəncsənsə, dəqiqələr qazanmalısan. Həmin anda Türkiyəyə, "Qalatasaray"a getmək şansı qazandım. Bunun üçün qürur duyuram. Riskli bir qərar idi. Komanda aşağı liqaya düşməyə yaxın idi və klubun idealı kapitan Muslera zədələnmişdi. karar aldım. Onu əvəzləməli idim. Domenek Torrent və "Barselona"da məşqçilik rtmiş Riçard Seqarra ora getməyim üçün məni razı salmağa çalışdılar. İspanyadan gələn digər təklifləri rədd etdim və "Qalatasaray"a transfer olundum. Verdiyim bu qərarda haqlı idim".
Qeyd edək ki, İnaki Pena "Cim-Bom"un mövsümü 13-cü yerdə bitirdiyi il 19 oyuna çıxıb, 19 qol buraxıb və 5 oyunda qapısını toxunulmaz saxlayıb. Qolkiperin adı bu yay da "Qalatasaray"la hallanırdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun