İdman

“Goal”un 2024-cü ilin “Qızıl top” favoritləri siyahısına o başçılıq edir

26 Dekabr 2023 10:20
Baxış: 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Goal" nəşri "Qızıl top"a namizədlərin yenilənmiş reytinqini təqdim edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, reytinqdə birinci yeri "Real Madrid"in ingilis yarımmüdafiəçisi Cud Bellinqem tutub. İkinci yerdə "Bavariya"nın hücumçusu Harri Keyn qərarlaşıb. İlk üçlüyü PSJ-dən fransız Kilian Mbappe tamamlayıb.

Qeyd edək ki, dördüncü yerdə Erlinq Haaland ("Mançester Siti"), beşinci yerdə Mohamed Salah ("Liverpul"), altıncı yerdə Rodriqo Hernandes ("Mançester Siti"), yeddinci yerdə  Antuan Qrizmann ("Atletiko Madrid"), səkkizinci yerdə Bukayo Saka ("Arsenal"), doqquzuncu yerdə Deklan Rays ("Arsenal"), onuncu yerdə  Julian Alvares ("Mançester Siti") qərar tutub.

Qeyd edək ki, "Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu siyahıda 17-ci, hazırkı qalib Lionel Messi isə 19-cudur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.