İdman

Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı

26 Dekabr 2023 00:19
Baxış: 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov Türkiyənin "Fomget" klubundan ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə klubu məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. 

Komandanı bundan sonra Əsgərovun köməkçisi çalışdıracaq. Klub mütəxəssisə əməyinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Fomget" Əsgərovun rəhbərliyi altında Türkiyə Qadınlar Superliqasının son mövsümünün çempionu olub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.