İdman

"Qarabağ"ın futbolçusu "Neftçi"yə təklif olundu

20 Dekabr 2023 18:59
Baxış: 1 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bildiyiniz kimi, "Qarabağ" Adama Diakabi ilə yolları ayırmaq istəyir.

Milli.Az "Offsideplus.az"-a istinadən xəbər verir ki, fransalı vinger "köhlən atlar"ın heyətində özünü yaxşı tərəfdən göstərə bilmir. Avropa Liqası üçün UEFA-nın iştirak ərizəsində yer almayan 27 yaşlı futbolçu çempionat oyunlarında meydana çıxmaq şansı qazanmır. Bu səbəbdən də Qurban Qurbanov futbolçunun göndərilməsini istəyir. 

Menecerlər də Adama Diakabiyə yeni komanda axtarışındadır. Fransalı agentlər tərəfindən Premyer Liqanın digər təmsilçisi "Neftçi"yə də təklif olunub. Lakin flaqman rəhbərliyi futbolçunun maaşının çoxluğunu və tez-tez zədələnməsini nəzərə alaraq istəyi geri çevirib.

Qeyd edək ki, Adama Diakabi bu mövsüm "Qarabağ"ın heyətində 9 oyunda meydana çıxıb. Fransalı bu görüşlərdə 2 qol vurub, 1 məhsuldar ötürmə edib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.