İdman

"Mançester Siti" finalda

20 Dekabr 2023 06:36
Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Klublararası dünya çempionatında ikinci finalçı müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yarımfinalda İngiltərə "Mançester Siti"si ilə Yaponiya "Urava Red Daymonds"la qarşılaşıb. Matç Mançester təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Urava Red Daymonds" - "Mançester Siti" - 0:3
Qollar: Heybroten, 45+1, Kovaçiç, 52, Silva, 59

Beləliklə, Pep Qvardiolanın baş məşqçisi olduğu komanda finala yüksəlib. "Mançester Siti" həlledici görüşdə dekabrın 22-i Braziliya "Fluminense"si ilə qarşılaşacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.