Mauro İkardinin "Real Madrid" klubuna mümkün transferi gündəm olub.
Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, daha öncə argentinalı ulduzun "Kral klubu"na keçidi ilə əlaqədar xəbərlər yayılsa da, bu iddialar sonradan təkzib olunmuşdu.
Ulduz hücumçunun "Real"a transferi İspaniya mətbuatında gündəmdədir.
"Real"ın qış transfer pəncərəsində İkardini transfer edəcəyi bildirilir. Madrid təmsilçisi 30 yaşlı futbolçuya "sarı-qırmızılar"da qazandığından 2 qat çox - 8 milyon avro məvacib təklif edir.
Qeyd edək ki, Mauro İkardi bu mövsüm 25 maçta 17 qol vurub, 6 assistə imza atıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun