İdman

"Real"dan gedəcəyini açıqladı - Fantastik təklif

18 Dekabr 2023 12:21
Baxış: 1 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanı komandalarına transferi gündəmə gələn Luka Modriç "Real Madrid"dən ayrıla bilər.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə onun meneceri açıqlama verib. Modriçin meneceri bildirib ki, futbolçuya Səudiyyə Ərəbistanından təkliflər gəlir. Modriçin menecerinin sözlərinə görə, təklif uyğun olarsa, futbolçunun Səudiyyə Ərəbistanı Pro Liqasına çıxması mümkündür. Ərəb mətbuatında yer alan xəbərə görə, "Əl-Hilal" klubu Luka Modriçə fantastik təklif irəli sürüb. Bildirilir ki, ərəb komandası təcrübəli ulduzu astronomik maaşla razı salıb.

Qeyd edək ki, Luka Modriç bu mövsüm "Real Madrid"in heyətində 18 rəsmi oyuna çıxıb və bu matçların 9-da start heyətdə yer alıb. Meydanda cəmi 877 dəqiqə keçirən 38 yaşlı xorvatiyalı ulduz 2 məhsuldar ötürmə edib. İspaniya mediası Arda Gülerin heyətə daxil olması ilə Luka Modriçin ehtiyatda qalacağını yazıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.